Ən çox verilən suallar
Huquq.Online aşağıdakı hüquqi xidmətlərini elektron qaydada göstərir:
● Hüquqi sualların cavablandırılması
● Müqavilələrin hazırlanması
● Sənədlərin yoxlanılması
● Ərizə, şikayət və məktubların hazırlanması
● Məhkəmə sənədlərinin hazırlanması
● Korporativ xidmətlər
Göstərdiyimiz digər xidmətlərlə bağlı ətraflı məlumatı internet səhifəmizin “Fiziki şəxslər üçün” və “Biznes üçün” bölmələrindən əldə edə bilərsiniz.
Bəli. Huquq.Online internet səhifəsində “Fiziki şəxslər üçün” və “Biznes üçün” bölmələrinə daxil olub Huquq.Online tərəfindən göstərilən bütün hüquq xidmətləri ilə tanış ola və həmin xidmətlərlə bağlı bizə müraciət edə bilərsiniz.
İstifadəçilər www.huquq.online veb səhifəsinə daxil olmaqla qeydiyyatdan keçir və ya “qeydiyyatsız davam et” keçidindən istifadə edir. Bundan sonra, əldə etmək istədiyi xidməti (məsələn, müqavilələrin hazırlanması və ya ərizələrin hazırlanması) seçir və onlayn ödəniş etməklə həmin xidməti sifariş edir. İstifadəçilərin əldə etmək istədikləri sənəd (müqavilə, ərizə) qeydiyyatdan keçməmiş istifadəçilər üçün onların təqdim etdiyi elektron poçt ünvanına, qeydiyyatdan keçmiş istifadəçilər üçün isə onların Huquq.Online-dakı profillərinə göndərilir.
Elektron qaydada göstərilən hüquq xidmətləri üzrə Huquq.Online istifadəçini hüquq münasibətlərində təmsil etmir və hər hansı şəxsin Huquq.Online-ın elektron qaydada göstərdiyi xidmətlərdən istifadə etməsi Huquq.Online-ın həmin şəxsin nümayəndəsi və ya vəkili hesab edilməsinə əsas və səbəb deyildir. Lakin, Huquq.Online onunla ayrıca qaydada xidmət müqaviləsi bağlamış istifadəçilərin nümayəndəsi kimi çıxış edə bilər.
Huquq.Online-ın hüquqşünasları Amerika və Avropanın ən nüfuzlu universitetlərinin elmi dərəcələrini əldə etmiş və müxtəlif hüquq sahələrində geniş təcrübəyə malik, yüksək ixtisaslı mütəxəssislərdir. Huquq.Online-a asan şəkildə müraciət etməklə mövcud bazar qiymətindən daha ucuz qiymətə korporativ məsuliyyət prinsipi əsasında yüksək keyfiyyətli xidmətləri əlavə vaxt itkisi olmadan əldə etmiş olacaqsınız.
Huquq.Online xidmətlərini əsasən elektron qaydada göstərir və ənənəvi hüquq şirkətlərinin xərclərindən (böyük ofis və sair) azaddır. Bu da, bizim tərəfimizdən göstərilən keyfiyyətli hüquq xidmətlərini hamı üçün əlçatan edir.
Elektron xidmətlər Azərbaycan, ingilis, türk və rus dillərində göstərilir. Saytın türk və rus dili bölməsinin olmamasına baxmayaraq, dəyərli türkdilli və rusdilli istifadəçilərimiz müraciətlərini digər dillər üzrə müvafiq bölmələri türk və ya rus dilində doldurmaqla göndərə bilərlər.
Huquq.Online-da qeydiyyatdan keçmiş istifadəçilər qeydiyyatdan keçməyən istifadəçilərlə müqayisədə bir sıra üstünlüklərə malik olur. Məsələn, onlar qeydiyyatdan keçərək keçmiş müraciətlərini və cavablarını görə, daha asan müraciət edə və müxtəlif endirimlərdən yararlana bilərlər.
Hər hansı kateqoriya (Şirkətlərin yaradılması və digər korporativ xidmətlər kateqoriyası istisna olmaqla) üzrə sorğunuzu bizə ünvanladığınız zaman siz ödəniş səhifəsinə yönləndirilirsiniz və yalnız ödəniş uğurla həyata keçirildiyi halda, sorğunuz icraatımıza daxil olur. Şirkətlərin yaradılması və digər korporativ xidmətlər kateqoriyası üzrə ödəniş sonradan qarşılıqlı razılıq əsasında müəyyənləşdirilərək həyata keçirilir.
İstifadəçi Huquq.Online tərəfindən istifadəçiyə xidmət(lər)lə bağlı sifarişin qeydə alınması barədə elektron və ya SMS vasitəsilə bildiriş göndərildikdən və ya Huquq.Online tərəfindən xidmət(lər) göstərildikdən sonra xidmət(lər)in sifarişindən imtina etmək və ya sifarişi ləğv etmək hüququna malik deyildir. Bu halda istifadəçi tərəfindən ödənilmiş xidmət haqları geri qaytarılmır.
Digər hallarda, (i) Huquq.Online tərəfindən İstifadə Qaydaları və Şərtləri pozulduğu halda, (ii) Huquq.Online tərəfindən İstifadə Qaydaları və Şərtlərinin 8-ci bəndində götərilən hallarda xidmətin göstərilməsindən imtina edildikdə (bax: 13-cü sual) və ya (iii) aşağıdakı hallarda istifadəçidən tutulmuş xidmət haqları Huquq.Online tərəfindən 7 bank günü ərzində istifadəçiyə geri ödənilir:
(a) istifadəçi tərəfindən yanlış xidmət(lər) kateqoriyası üzrə və ya yanlış səhifə sayı qeyd edilməklə yanlışlıqla artıq ödənilmiş xidmət haqları;
(b) yanlış xidmət(lər) kateqoriyası üzrə və ya yanlış səhifə sayı qeyd edilməklə əskik ödənilən və ödənişin tamamlanması və ya sifarişin ləğvi ilə bağlı Huquq.Online tərəfindən istifadəçiyə ünvanlanmış müraciət üzrə istifadəçi tərəfindən “sifarişin ləğvi” seçiminin seçildiyi halda, istifadəçinin ödədiyi xidmət haqları.
Qeyd olunan hallarda xidmət haqları Huquq.Online tərəfindən İstifadə Qaydaları və Şərtlərinin pozulması halı ilə bağlı olaraq istifadəçinin tələbinə əsasən, digər hallarda isə müvafiq tələb olmadan geri ödənilir.
Huquq.Online tərəfindən vəsaitin istifadəçiyə geri ödənilməsinə görə çəkilən bank xərcləri və digər xərclər geri ödənilən məbləğdən çıxıldıqdan sonra, qalan məbləğ istifadəçiyə geri ödənilir.
Xidmətlər aşağıdakı müddətlərdə göstərilir:
Sorğu kateqoriyası | Vaxt (saatla) |
---|---|
1. Sual ver | 48 |
2. Ərizə və məktubların hazırlanması | 48 |
3. Müqavilələrin hazırlanması | 72 |
4. Məhkəmə sənədlərinin hazırlanması: | |
4.1. Birinci instansiya rayon (şəhər) məhkəməsinə ərizə | 96 |
4.2. Apellyasiya şikayəti | 120 |
4.3. Ali Məhkəməyə (kassasiya qaydasında) şikayət | 168 |
4.4. İnzibati-iqtisadi məhkəməyə şikayət | 120 |
4.5. İnzibati-iqtisadi məhkəmə qərarından apellyasiya şikayəti | 168 |
4.6. İqtisadi mübahisə üzrə qərarından Ali Məhkəməyə (kassasiya qaydasında) şikayət | 168 |
4.7. Konstitusiya məhkəməsinə şikayət | 240 |
5. Sənədlərin yoxlanılması (müqavilə və digər sənədlər) | 72 |
6. Şirkətlərin yaradılması və digər korporativ xidmətlər | 96 |
Müraciətlər üzrə cavablar və (və ya) sənədlər qeydiyyatdan keçməmiş istifadəçilərə elektron poçt, qeydiyyatdan keçmiş istifadəçilərə isə onların Huquq.Online-dakı profilləri vasitəsilə təqdim edilir.
Huquq.Online aşağıdakı hallarda istifadəçiyə xidmət(lər)in göstərilməsindən birtərəfli qaydada imtina edə bilər:
(i) sorğu edilmiş xidmət(lər)in göstərilməsi ictimai maraqlara zidd olduqda;
(ii) sorğu edilmiş xidmət(lər)in göstərilməsi üçün tələb olunan və ya digər zəruri məlumatlar yarımçıq və ya natamam təqdim edildikdə;
(iii) Huquq.Online-ın sorğu edilən xidmət(lər)in göstərilməsi üçün müvafiq zaman kəsiyində zəruri resursları olmadıqda.
Xidmətlərin göstərilməsindən imtina edildikdə, ödənilmiş xidmət haqları Huquq.Online tərəfindən İstifadə Qaydaları və Şərtlərinin 3-cü bəndinin müddəalarına uyğun olaraq istifadəçiyə geri qaytarılır.
15.1. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələrlə bağlı müraciət edərkən “Birinci instansiya rayon (şəhər) məhkəməsinə ərizə” kateqoriyası seçilməlidir;
15.2. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələrlə bağlı müraciət edərkən “İnzibati-iqtisadi məhkəməyə şikayət” kateqoriyası seçilməlidir;
15.3. Birinci instansiya rayon (şəhər) məhkəməsinin qərarından şikayət vermək istəyən şəxslər tərəfindən “Apellyasiya şikayəti” kateqoriyası seçilməlidir;
15.4. İnzibati-iqtisadi məhkəmə qərarından şikayət vermək istəyən şəxslər tərəfindən “İnzibati-iqtisadi məhkəmə qərarından apellyasiya şikayəti” kateqoriyası seçilməlidir;
15.5. Apellyasiya məhkəməsinin 15.3-cü bənddəki şikayət kateqoriyası üzrə qərarından şikayət vermək istəyən şəxslər tərəfindən “Ali Məhkəməyə (kassasiya qaydasında) şikayət” kateqoriyası seçilməlidir;
15.6. Apellyasiya məhkəməsinin 15.4-cü bənddəki şikayət kateqoriyası üzrə qərarından şikayət vermək istəyən şəxslər tərəfindən “İqtisadi mübahisə üzrə qərarından Ali Məhkəməyə (kassasiya qaydasında) şikayət” kateqoriyası seçilməlidir;
15.7. Ali Məhkəmənin qərarlarından şikayət vermək istəyən şəxslər tərəfindən “Konstitusiya məhkəməsinə şikayət” kateqoriyası seçilməlidir.
Qeyd: Bu kateqoriya üzrə şikayətlər yuxarıda göstərilən hər hansı məhkəməyə müraciət edilmədən birbaşa şəkildə də həyata keçirilə bilər.
Bu zaman yanlış kateqoriya seçiminə görə istifadəçi tələb olunandan artıq məbləğ ödəmişsə, onda artıq ödənilmiş məbləğ müvafiq bank və digər xərclər çıxıldıqdan sonra istifadəçiyə geri qaytarılmaqla müvafiq doğru kateqoriya üzrə xidmət göstərilir.
Yanlış kateqoriya seçiminə görə istifadəçi tələb olunandan az məbləğ ödəmişsə, onda Huquq.Online tərəfindən xidmətlərin göstərilməsinə başlanılmır. Bu halda sistem administratoru tərəfindən istifadəçiyə iki seçimli bildiriş göndərilir. Bu bildirişdəki seçimlərdən – (i) “Ödənişi tamamla” və ya (ii) “Sifarişdən ləğv et” birini seçərək xidmətdən istifadə edə və ya sifarişi ləğv edə bilərsiniz. İstifadəçi (i) seçimi seçərsə, müvafiq qalıq ödəniş həyata keçirildikdən sonra, Huquq.Online tərəfindən xidmətlərin göstərilməsinə başlanılır. Əgər istifadəçi (ii) seçimi – “Sifarişi ləğv et” seçərək xidmətdən imtina edərsə, onda istifadəçinin ödədiyi məbləğ müvafiq bank və digər xərclər çıxılmaqla Huquq.Online tərəfindən istifadəçiyə geri qaytarılır.
Yoxlanılmaq üçün təqdim edilən sənədlərin səhifə sayı hər bir səhifə üçün 12 şrift və 1.5 sətirarası interval formatına uyğun hesablanacaqdır.
Bu zaman istifadəçi tələb olunandan artıq məbləğ ödəmişsə, onda artıq ödənilmiş məbləğ müvafiq bank və digər xərclər çıxıldıqdan sonra istifadəçiyə geri qaytarılmaqla müvafiq xidmət göstərilir.
Əgər istifadəçinin ödədiyi məbləğ tələb olunan məbləğdən azdırsa, bu halda Huquq.Online tərəfindən xidmətlərin göstərilməsinə başlanılmır. Huquq.Online tərəfindən belə istifadəçiyə standartlar nəzərə alınmaqla hesablanan faktiki səhifə sayına uyğun ödəniş barədə bildiriş göndərilir. Bildirişdə istifadəçiyə iki seçim təklif edilir. Əgər istifadəçi birinci seçimi seçərək ödəniş etməklə xidmətdən istifadə etmək istəyərsə, onda qeyd olunan dəqiqləşdirilmiş ödəniş həyata keçirildikdən sonra, Huquq.Online tərəfindən xidmətlər göstərilir. Əgər istifadəçi “Sifarişi ləğv et” seçərək xidmətdən imtina edərsə, onda istifadəçinin ödədiyi məbləğ müvafiq bank və digər xərclər çıxılmaqla Huquq.Online tərəfindən istifadəçiyə geri qaytarılır.
Məlumatlar hər bir sorğu kateqoriyası üzrə tələb olunan və qeyd edilmiş müvafiq izahlara uyğun olaraq tam həcmdə, mümkün qədər dəqiq və ətraflı şəkildə təqdim edilməlidir. Unutmayın ki, təqdim etdiyiniz məlumatların dəqiqliyi və əhatəliliyi sizə göstərilən xidmətin keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
Məlumat üçün yüklənən sənədlərin həcmi hər bir sənəd üzrə 20 meqabaytı keçməməlidir.
Məlumat üçün yüklənən sənədlər Microsoft Word, Excel, PDF və ya JPG, PNG, GIF formatlarında ola bilər.
Ödəniş əməliyyatı üçün istifadəçi Huquq.Online tərəfindən ödəniş üçün müvafiq xidmət təminatçısının səhifəsinə yönləndirilir. Bank məlumatları da həmin xidmət təminatçısına təqdim edilir. Xidmət təminatçısı ölkə üzrə müvafiq icazəsi olan və bu sahədə məlumatların tam qorunmasına təminat verən “AzeriCard” MMC-dir.
İstifadəçilərin fərdi məlumatları İstifadə Qaydaları və Şərtlərində göstərilən qaydada və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tam şəkildə qorunur.